Modern.az

2022: Balkan ölkələrində seçki ili

2022: Balkan ölkələrində seçki ili

Aktual

6 Fevral 2022, 17:04

Cari il Balkan ölkələrində bir sıra seçkilər keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu il yanvarın 16-da Serbiyada konstitusiyaya dəyişikliklə bağlı referendumla başlayan seçki prosesi həm prezident, həm də parlament seçkiləri ilə davam edəcək. Seçkilər aprelin 3-də keçiriləcək. Həmin gün paytaxt Belqradda bələdiyyə şurasına seçkilər də olacaq.

 

Bosniya və Herseqovinada isə oktyabrın 2-də Rəyasət Heyətinə üzvlüklə yanaşı, parlament seçkiləri keçiriləcək.

 

Monteneqroda cari il üçün seçki planlaşdırılmasa da, mövcud siyasi böhrandan asılı olaraq bu ölkədə seçkilərin keçirilməsi ehtimalı var.

 

2022-ci il region ölkələrindən Albaniya və Sloveniyada da seçki ili olacaq. Albaniyada prezident seçkilərinin mayda, Sloveniyada isə parlament seçkilərinin apreldə keçirilməsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı