Modern.az

Koronavirusa yoluxma sayı 402 milyonu ÖTDÜ

Koronavirusa yoluxma sayı 402 milyonu ÖTDÜ

Aktual

11 Fevral 2022, 08:04

Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 332 592 yoluxma və 12 005 ölüm halı qeydə alınıb.

 

Hazırkı dövrədək koronavirusa 402 044 502 nəfər yoluxub. Onlardan 5 770 023 nəfəri vəfat edib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!