Modern.az

1800 manatlıq saatları OĞURLADI

1800 manatlıq saatları OĞURLADI

Aktual

11 Fevral 2022, 10:15

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə fevralın 3-nə keçən gecə B.Nuriyev küçəsində “Mercedes” markalı bir avtomobildən 1800 manat dəyərində 90 ədəd qol saatının oğurlanması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.


Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş V.Sultanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtartış zamanı ondan da metamfetamin götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı