Modern.az

Ötən sutka 11 nəfər xilas edilib - VİDEO

Ötən sutka 11 nəfər xilas edilib - VİDEO

Aktual

11 Fevral 2022, 10:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Modern.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə  FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 11 nəfər, o cümlədən Şəki şəhərinin Qırxbulaq kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Həmçinin Bakı şəhərinin Suraxanı rayonunda 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının və Gəncə şəhərinin Nizami rayonunda 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı