Modern.az

Uroloji xəstəxananın baş həkimi işdən çıxdı 

Uroloji xəstəxananın baş həkimi işdən çıxdı 

Aktual

11 Fevral 2022, 14:00

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev tibb müəssisəsindəki vəzifəsindən ayrılıb. 

 

Modern.azxəbər verir ki, bu barədə özü məlumat verib. O, işindən ayrılmasını pasiyentlərinə vaxt ayıra bilməməsilə əlaqələndirib: 

 

“Respublika Kliniki Uroloji Xəstəxanasından ayrıldım, öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam, icazə istədim. Mənə etimad edib bu məsuliyyətə layiq gördükləri üçün TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərlərinə təşəkkür edirəm”.

 

P. Hacıyev bu vəzifəyə 2020-ci ilin noyabrında təyin olunmuşdu. 

 

Qeyd edək ki, Pərviz Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı