Modern.az

Şagirdlərin yerdəyişməsi yenidən aktivləşdirilir

Şagirdlərin yerdəyişməsi yenidən aktivləşdirilir

Aktual

11 Fevral 2022, 14:56

Fevralın 14-ü saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

 

Modern.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı