Modern.az

XİN-də geniş kollegiya iclası keçirilib

XİN-də geniş kollegiya iclası keçirilib

Aktual

11 Fevral 2022, 16:23

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər Nazirliyinin Kollegiya iclası keçirilib. İclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, iclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı