“Azərbaycanla bağlı proseslərdə müsbət xəbərlər var. Bunlar bizi sevindirir”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında bildirib.
“Rusiya-Ukrayna böhranı ilə bağlı atdığımız addımlar var. Ukraynaya səfərimdən sonra bəzi ölkələr Türkiyəni izləyir. Onlarla da görüşlərimizi davam etdirdik. Azərbaycanda gedən proseslər müsbət məcrada davam edir. Təbii ki, dünya ilə əlaqəsi kəsilmiş siyasət, liderlik yoxdur. Biz dünyada baş verən prosesləri yaxından izləyirik” , - deyə Türkiyə lideri vurğulayıb.