Modern.az

Əqli Mülkiyyət Agentliyinin vəzifələri ARTIRILDI

Əqli Mülkiyyət Agentliyinin vəzifələri ARTIRILDI

Aktual

11 Fevral 2022, 17:55

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsində dəyişiklik edilib.

 

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə müvafiq fərman imzalayıb.

 

Dəyişikliyə əsasən, Əqli Mülkiyyət Agentliyinin vəzifələri artırılır.

 

Əqli Mülkiyyət Agentliyinin vəzifələri sırasına əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda da müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirmək, bu halda istifadəyə görə qonorarı müvafiq qaydada yığmaq və hüquq sahiblərinə çatdırmaq əlavə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı