Boksçu Stüart Lonqun həyat hekayəsindən bəhs edən “Ata Stü” dramının treyleri yayımlanıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ekran əsərində baş rolları Mark Volberq və Mel Gibson canlandırıblar.
Filmin aktyor heyətində Ceki Uiver, Annet Mahendru, Teresa Ruiz, Vinter Ave Zoli kimi tanınmış simalar yer alıblar. Rozalind Ross tərəfindən qələmə alınmış film karyerasına boksçu kimi başlayan, daha sonra isə keşiş olan Stüart Lonqun məhv olmaqdan qurtuluşa doğru uzanan ilhamverici həyat yolundan bəhs edir.
Qeyd edək ki, Mark Volberq bokçunun həyatını canlandırmaq üçün 6 il çalışıb.