Modern.az

Yolu bağlayan sürücülər HƏBS OLUNDU

Yolu bağlayan sürücülər HƏBS OLUNDU

Aktual

18 Fevral 2022, 17:22

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.

 

Modern.az-ın xəbərinə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər üç sürücü inzibati qaydada 30 sutka həbs olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə