Modern.az

Goranboyda bir ailə dəm qazından zəhərləndi

Goranboyda bir ailə dəm qazından zəhərləndi

Aktual

27 Fevral 2022, 09:09

Goranboyda bir ailənin üzvləri dəm qazından zəhərlənib. 

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

 

Məlumata görə, ikisi uşaq olmaqla ailənin doqquz üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Onlar 1970-ci il təvəllüdlü Alidə Əsgər qızı Bayramova, 2001-ci il təvəllüdlü Aygün Cahandar qızı İsmayılova, 1986-cı il təvəllüdlü Vüsalə Fərmail qızı Bayramova , 1999-cu il təvəllüdlü Məhərrəm Valeh oğlu Bayramov, 2017-ci il təvəllüdlü Sahil Saleh oğlu Bayramov, 2015-ci il təvəllüdlü Sadiq Saleh oğlu Bayramov, 1990-cı il təvəllüdlü Sahil Valeh oğlu Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bəylər oğlu Bayramov və 1994-cü il təvəllüdlü Zeynal Valeh oğludur Bayramovdur.

 

Onların vəziyyətinin kafi olduğu bildirilir. Zəhərlənənlərin bir neçəsi toyda iştirak etmək üçün Bakı şəhərindən qonaq gəlib. Dərhal xəstələrə tibbi yardım göstərilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!