Modern.az

Rusiya Müdafiə Nazirliyindən 71 Ukrayna əsgəri barədə İDDİA

Rusiya Müdafiə Nazirliyindən 71 Ukrayna əsgəri barədə İDDİA

Aktual

27 Fevral 2022, 12:16

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Xarkov vilayətində Ukrayna ordusunun 302-ci zenit-raket polkunun “təslim olduğunu” və “silahı könüllü yerə qoyduğunu” bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İqor Konaşenkovun sözlərinə görə, həmin polkun sərəncamında “Buk M-1” zenit-raket kompleksləri olub.

 

O bildirib ki, polkun 71 hərbi qulluqçusu saxlanılıb.

 

“Bütün ukraynalı hərbi qulluqçulara hörmət göstərilir və kömək edilir. Sənədlərin rəsmiləşdirilməsindən sonra onlar öz ailələrinə göndəriləcəklər”,- Konaşenkov bildirib. 

 

Konaşenkovun açıqladığı məlumat Ukrayna tərəfindən hələlik təsdiq olunmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı