Modern.az

Ukrayna müdafiə olunur, hamı qələbəyə ümid edir!

Ukrayna müdafiə olunur, hamı qələbəyə ümid edir!

Aktual

27 Fevral 2022, 12:42

“Müharibənin üçüncü günüdür, döyüşlər harada başlamışdısa, elə orada da davam edir. Bunlar Xarkov, Xerson, Odessa, Nikolayev, Sumı, Çerniqov, Jitomirdir. Düşmən üç gün əvvəl başladığı yerdə qalıb”.

 

Bunu Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Kiyev ətrafında ağır döyüşlər davam edir:

 

“Dünən axşamdan etibarən Kiyev və ətrafında ciddi savaş gedir. Vasilkovdakı hərbi aeroport və Borispol aeroportu Ukraynanın nəzarətindədir. Vasilkov şəhərində neft bazanı vurublar. Yanğın və bunun nəticəsi olaraq ekoloji fəlakət təhlükəsi var. Döyüş davam etdiyi üçün yanğınsöndürmə xidməti işləyə bilmir.  Elə indicə yenə hava hücumundan müdafiə sistemi işlə başladı. Sistem son saatlarda tez tez işə düşür. Bütün Ukrayna kimi Kiyev də döyüşür, müdafiə olunur, hamı qələbəyə ümid edir!

 

Kiyevdə dünən axşam saat 17:00-dan etibarən birinci gün saat 08:00-a qədər komendant saatıdır. Küçəyə çıxmaq qadağandır. Paytaxtda Azərbaycanlılar arasında ölüm və yaralanma halı yoxdur. Odessada 3 həmvətənimizin diversiya qrupların atəşi nəticəsində həlak olduğu bildirilir. Allah onlara rəhmət eləsin!”.

 

Ceyhun Məmmədov Ukrayna-Rusiya savaşında haqqın qalib gələcəyini sözlərinə əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı