Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minskdə qalıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin Minskdəki nümayəndələri bildiriblər.
Məlumata görə, nümayəndələr Ukrayna tərəfinin danışıqlarda iştiraka hazır olduğunu təsdiqləmək üçün Belarus vaxtı ilə saat 15.00-a qədər gözləməyə hazırdır.
Qeyd edək ki, daha öncə Ukrayna tərəfi danışıqların Minskdə keçirilməsi təklifini müsbət qarşılamadığını açıqlayıb.