Modern.az

Rus ordusunun Kiyevə yeni hücum cəhdi

Rus ordusunun Kiyevə yeni hücum cəhdi

Aktual

27 Fevral 2022, 15:12

Rusiya qoşunları Kiyevin Svyatoşinski rayonuna daxil olmağa çalışır.

 

Modern.az-ın xəbərinə görə, bu barədə UNİAN-a Milli Qvardiyanın çevik reaksiya briqadasının mətbuat katibi Xariton Starski məlumat verib.

 

“Onların orada texnikası var. Kiyevin Svyatoşinski rayonuna soxulmağa çalışırlar. Bu, İrpen istiqamətidir. Amma onları “qarşılamağa” hazırlaşırlar. Biz Kiyevdə rusiyalarla “görüşmək” üçün çox böyük qrup yaratmışıq”, - deyə mətbuat katibi bildirib.

 

O əlavə edib ki, metro stansiyaları və zirzəmilər əhali üçün ən təhlükəsiz yerdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı