Modern.az

“Kiyev fürsətdən istifadə etmədi” - Putin

“Kiyev fürsətdən istifadə etmədi” - Putin

Aktual

27 Fevral 2022, 16:58

Rusiya Federasiyası Qomeldə danışıqlara hazırdır, Kiyev isə qeyri-ardıcıllıq nümayiş etdirərək, hələ də fürsətdən istifadə etməyib. 

 

Modern.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetlə söhbətində deyib.

 

"Həmçinin qeyd olunub ki, Rusiya nümayəndə heyəti Belarusun Qomel şəhərindədir və Kiyev nümayəndələri ilə danışıqlara hazırdır, onlar qeyri-sabitlik nümayiş etdirərək bu fürsətdən hələ də yararlanmayıblar", - məlumatda deyilir.

 

Qeyd edək ki, bir qədər öncə Ukrayna rəsmiləri Rusiya ilə Qomel şəhərində danışıqlara razılıq veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!