Modern.az

Rusiya Ukraynanın “Arzu”sunu YANDIRDI

Rusiya Ukraynanın “Arzu”sunu YANDIRDI

Aktual

27 Fevral 2022, 19:54

Rusiya Ordusunun Qostomel hava limanına endirdiyi aviazərbələr nəticəsində AN-225 “Mriya” təyyarəsi yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Rabitə Agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, təyyarənin bərpasına 3 milyard dollardan çox vəsait lazım olacaq və çox vaxt aparacaq.  Təxmini hesablamalara görə, təyyarənin bərpasına təxminən 5 il vaxt lazım olacaq.

 

Hadisə ilə bağlı Ukraynanın xarici işlər naziri Dmitro Kuleba özünün tvitter hesabında paylaşım edib:

 

“Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 “Mriya” (Ukrayna dilində “Arzu") idi. Rusiya bizim “Mriya”mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı