Şəmkir rayonunda qətl törədilib.
Modern.az xəbər verir ki, hadisə İrmaşlı kəndində baş verib.
Məlumata görə, kənd sakini Piri Piriyev əmisi qızı, 1998-ci il təvəllüdlü Aytac Piriyevanı bıçaqlayaraq öldürüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Cinayəti törətməkdə şübhəli bilinən P.Piriyev saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla əlaqədar araşdırma aparılır.