Modern.az

Ukraynalıların 91%-i Zelenskini DƏSTƏKLƏYİR

Ukraynalıların 91%-i Zelenskini DƏSTƏKLƏYİR

Aktual

27 Fevral 2022, 22:45

Ukrayna Prezidenti Volodimir Zelenskinin hərəkətlərini respondentlərin 90%-dən çoxu dəstəkləyir. 

 

Modern.az xəbər verir ki, bu, Ukraynanın Reytinq Sosioloji Qrupunun 26-27 fevral 2022-ci il tarixlərində keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

 

Sorğunun nəticələrinə görə, ukraynalıların 91%-i Prezident Zelenskinin hərəkətlərini dəstəkləyir, onlardan 59%-i ölkə başçısını ürəkdən, 32%-i daha çox dəstəkləyir. Dəstəkləməyənlər 6%, cavab verməkdə çətinlik çəkənlər 3% olub. 

 

Reytinq qrupu qeyd edir ki, 2021-ci ilin dekabrından Ukrayna prezidentinə dəstək üç dəfə artıb.

 

Ölkənin bütün bölgələrində Zelenskiyə son dərəcə yüksək səviyyədə dəstək var: Qərbdə və Mərkəzdə 90%-dən çox, Şərqdə və Cənubda 80%-dən çox.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı