Modern.az

İranda virusdan ölüm sayı 138 minə çatır

İranda virusdan ölüm sayı 138 minə çatır

Aktual

6 Mart 2022, 15:22

İranda ötən sutka ərzində 5586 nəfər koronavirusa (COVID-19) yoluxub, 201 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

Bununla da İranda virusdan ölənlərin sayı 137 948, yoluxanların sayı isə 7 089 892 nəfərə çatıb. Virus daşıyıcılarından 3 722 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

İranda indiyədək 6 730 318 nəfər koronavirusdan sağalıb, 47,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 143 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23,9 milyon təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı