Rusiyanın İrpin şəhərini atəşə tutması nəticəsində məşhur ukraynalı aktyor Paşa Li ölüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, 33 yaşlı aktyor vətəninin müdafiəsi üçün könüllülər sırasına qoşulmuşdu. Onun aldığı güllə yarasından öldüyü bildirilir.
Qeyd edək ki, Paşa Li “Adit”, “Unudulmuş əcdadların kölgələri”, “Sinif yoldaşlarının görüşü” və digər filmlərdəki rolları ilə tanınırdı.