Modern.az

Borca görə telefonunu satdırdılar

Borca görə telefonunu satdırdılar

Aktual

17 Mart 2022, 11:12

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə martın 9-da 3 nəfərin Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdırıb pulunu götürmələri barədə müraciət daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılıblar.
  

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı