Modern.az

Oğuzda meşə yanğını söndürülüb - VİDEO

Oğuzda meşə yanğını söndürülüb - VİDEO

Aktual

29 Mart 2022, 09:29

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

 

FHN-dən Modern.az-a bildirilib ki, havanın küləkli olmasına baxmayaraq görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 1,5 ha sahədə quru ot və kol-kos yanıb, sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.

Sizə yeni x var
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər