Modern.az

Gəncədə dava ölümlə BİTDİ

Gəncədə dava ölümlə BİTDİ

Aktual

29 Mart 2022, 15:14

24 mart 2022-ci ildə Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin almış olduğu xəsarətdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, martın 23-ü saat 23 radələrində 2001-ci il təvəllüdlü Emil Quliyev şəxsi münasibətlər zəminində bıçaqla Abbas Əliyevə xəsarət yetirib. Nəticədə sonuncu aldığı xəsarətdən  ölüb.


Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Emil Quliyev təqsirləndirilən şəxs qismində  cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı