Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində dəmir yolu vağzalına endirilən raket zərbələri nəticəsində ölənlərin sayı 50 nəfər çatıb.
Modern.az xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.
Həlak olanlardan 5-nin uşaq olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.
***
14:14
Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalına raket atması nəticəsində ölənlərin sayı 35 nəfərə yüksəlib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Ölənlərin 4-ü uşaqdır.
***
12:43
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu stansiyasına raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Hücum nəticəsində 30 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
"Kramatorsk dəmir yolu stansiyasına 2 raket düşüb. Nəticədə 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir”, - məlumatda deyilir.