Modern.az

Leysan yağışlar 14 can aldı

Leysan yağışlar 14 can aldı

Aktual

18 Aprel 2022, 08:07

Hindistanın Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri kəsilib.

 

Məlumata görə, ümumilikdə fəlakətdən 41 mindən çox insan zərər çəkib. Evsiz sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir.


Meteoroloqlar güclü leysan və tufanın növbəti beş gündə də davam edəcəyini proqnozlaşdırırlar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı