Modern.az

Səfirdən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ: Ciddi yanaşın!

Səfirdən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ: Ciddi yanaşın!

Aktual

1 May 2022, 09:00

Amerika Birləşmiş Ştatlarının Tbilisidəki səfiri Kelli Deqnan Gürcüstan hakimiyyətini ombudsmanın sabiq prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı tövsiyələrinə “diqqətlə və ciddi şəkildə” yanaşmağa çağırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir Deqnan bu barədə jurnalistlərə verdiyi açıqlamasında deyib.

 

O bildirib ki, ABŞ həmişə Gürcüstan hakimiyyətini Saakaşvili üçün müvafiq tibbi müalicə tətbiq etməyə səsləyib:

 

“Mən bilirəm ki, Saakaşvilinin səhhəti ilə bağlı narahatlıq var. Biz həmişə onun üçün müvafiq tibbi müalicə tələb etmişik. Çünki bu, insanın əsas hüquqlarından biridir. Penitensiar Xidmət Saakaşvilinin vəziyyətini şərh edərək, onun müalicə olunduğunu qeyd edib və bəzi müalicə vasitələrindən Saakaşvilinin özünün boyun qaçırdığını bildirib. Biz hakimiyyəti, ombudsmanın tövsiyələrinə diqqətlə və ciddi yanaşmağa çağırırıq”.

 

Xatırladaq ki, Xalq Müdafiəçisi Nino Lomcariyanın yekun hesabatında sabiq prezident Mixail Saakaşvilinin həbsxanada lazımi müalicə görmədiyi qeyd olunub.

 

Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı