Modern.az

Azərbaycan əsgəri və zabiti qəhrəmanlıq simvoluna çevrilib

Azərbaycan əsgəri və zabiti qəhrəmanlıq simvoluna çevrilib

Aktual

1 May 2022, 11:25

"Azərbaycan əsgəri və zabiti bu gün bütün dünyada qəhrəmanlıq, mərdlik simvoluna çevrilib. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tariximizin şanlı qəhrəmanlıq salnaməsini yazdığı kimi xüsusi təyinatlılarımız da həmin salnaməyə qızıl hərflərlə həkk ediblər".

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindəki nitqini şərh edən millət vəkili qeyd edib ki, Azərbaycanın xüsusi təyinatlı qüvvələri 23 il ərzində böyük və şərəfli yol keçib: "Xüsusi təyinatlıların təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı göstərdikləri şücaət dünya hərb tarixinin əfsanəsi olmaqla yanaşı Azərbaycan xalqının döyüş və vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirir".

 

Deputatın fikrincə, cənab Prezidentin öz nitqində qeyd etdiyi kimi Vətən müharibəsi bizim şanlı tariximizdir:

 

"Azərbaycanın qəhrəman övladları cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldilar, döyüş meydanında, qan tökərək Zəfər qazandılar. Zəfərə aparan yolda qəhrəman igidlərimizə güc verən Ali Baş Komandanın qətiyyəti, xalq-dövlət-ordu birliyi, sarsılmaz Vətən sevgisi idi". 

 

Azər Kərimli qeyd edib ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir: "Dünyanın nüfuzlu hərbi ekspertləri bu gün də Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən danışırlar. Azərbaycan əsgəri və zabiti bu gün bütün dunyada qəhrəmanlıq, mərdlik simvoluna çevrilib. Azərbaycan əsgəri hərb tarixinin ləyaqət, şərəf rəmzidir. Yüzilliklər keçəcək, amma Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun keçdiyi yolun bir anı belə unudulmayacaq və daim xalqımızın qürur mənbəyinə çevriləcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı