Modern.az

Laçında hərbçilərə döyüş qabiliyyətinin artırılması tapşırıldı - FOTO

Laçında hərbçilərə döyüş qabiliyyətinin artırılması tapşırıldı - FOTO

Aktual

1 May 2022, 15:00

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Laçında dislokasiya olunan hərbi hissədə 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.

 

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, vəzifəli şəxslər bölmələrin döyüş qabiliyyətinin artırılması, xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı 2022-ci ilin birinci rübü ərzində keçirilən təlim-məşqlər və görülən digər tədbirlər barədə geniş məruzələrlə çıxış ediblər.

 

Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçuların dövlət sərhədi istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə nazirinin tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.

 

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular təltif olunublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı