Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

Aktual

7 May 2022, 16:50

Binəqədi rayonu, Mirzə Abdin küçəsində (Biləcəri-Baksol yolu) yerləşən dəmiryolu körpüsündə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gecə saat 00:00-04:00 arası avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Sürücülərdən qeyd edilən saatlarda öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!