Modern.az

Evə girən oğru 3 nəfəri yaraladı

Evə girən oğru 3 nəfəri yaraladı

Aktual

10 May 2022, 10:53

Neftçala Rayon Polis Şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə oğru girib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alıb, həmin şəxsin köməyinə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçıb.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı