Modern.az

Həştərxanda Heydər Əliyev anıldı - FOTOLAR

Həştərxanda Heydər Əliyev anıldı - FOTOLAR

Aktual

10 May 2022, 22:18

Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirlərdə bir çox şəxsin olduğu Azərbaycan nümayəndə heyəti də iştirak edib.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə rəsmi görüş zamanı Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlərə dəvətə görə qubernatora təşəkkürünü bildirib.

 

Görüşdə Həştərxan vilayəti ilə qurulan iqtisadi-mədəni əlaqələrin inkişaf istiqamətləri və yeni imkanlar barədə müzakirələr də aparılıb.

 

Həmçinin nümayəndə heyətinə daxil olan Milli Məclisin deputatlarının Həştərxan vilayəti dumasının sədri İqor Martınovla görüşü baş tutub. Görüş zamanı Azərbaycan Respublikası və Həştərxan vilayətinin parlamentlər arası qarşılıqlı münasibətlərin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Sonra nümayəndə heyətinin üzvləri, Həştərxan vilayətinin rəhbərliyi, AMOR-un Həştərxan vilayəti üzvləri, diaspora nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət ediblər.

 

Daha sonra Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 saylı orta məktəbdə Ümumilli Liderin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Həştərxan Vilayəti Hökumətinin sədr müavini Denis Afanasyev, Həştərxan vilayəti təhsil və elm naziri Yeqor Uqarov, məktəbin direktoru Tatyana Tixomirova Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulayıb, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrinin əhəmiyyətindən danışıb.

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Azərbaycan Biznes Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Həştərxan vilayəti üzvləri və diaspora nümayəndələri ilə baş tutan görüşlə davam edib.

 

Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr barədə danışılıb, xalqlar arasındakı sıx dostluq əlaqələrinin məhz bu diqqət və qayğının məntiqi nəticəsi olduğu vurğulanıb.

 










Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı