ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
"Vurğulamaq istərdim ki, biz Tayvanın müstəqilliyini dəstəkləmirik və vahid Çin siyasətinə sadiq qalırıq", - o deyib. Prays vurğulayıb ki, ABŞ ilə Tayvanı Asiya regionunda təhlükəsizliyi qorumaq üzrə yaxın və möhkəm əlaqələr birləşdirir.
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin “hibrid müharibəsi”ndə ön sıralarda olduğunu bildirmişdi.