Modern.az

Sumqayıtda qəzaya uğrayan avtobus hansı qurumundur?

Sumqayıtda qəzaya uğrayan avtobus hansı qurumundur?

Aktual

12 May 2022, 10:37

Sumqayıt Texnologiyalar Parkı (STP) dünən baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.

STP-dən Modern.az-a verilən məlumatda bildirilib ki, bir sıra media qurumlarında Sumqayıt Texnologiyalar Parkına məxsus avtobusun qəzaya uğraması barədə əssasız xəbər dərc edilib.


Qurumun mətbuat xidmətinin məlumatına görə, mayın 11-i saat 9 radələrində Bakı – Sumqayıt yolunda, Sumqayıt Texnologiyalar Parkının qarşısında sərnişin avtobusu qəzaya uğrayıb. Zərərçəkənlərə təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə STP-nin SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar. Qəzada 9 nəfərin yüngül xəsarət aldığı müəyyənləşdirilərək, onlara ilkin tibbi yardım göstərilib. 103 xidməti gəldikdən sonra xəsarət alanlar təkrar yoxlama üçün  xəstəxanaya aparılıblar.
 

“Hadisə ilə əlaqədar STP olaraq  bildiririk  ki, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı