Modern.az

Bakı-Quba yolunda AĞIR QƏZA - 3 nəfər öldü

Bakı-Quba yolunda AĞIR QƏZA - 3 nəfər öldü

Aktual

12 May 2022, 11:40

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı