Dünya Vuhanda ortaya çıxan və qısa zamanda qlobal pandemiyaya səbəb olan koronavirusla vidalaşmağa hazırlaşır. Bir çox ölkədə həyat normala dönərkən elm adamları diqqətçəkən araşdırma aparıblar. 6 milyondan çox insanın həyatına son qoyan virusla bağlı son dəfə xəbərdarlıq olunub.
Modern.az xəbər verir ki, mütəxəssislər koronavirusa yoluxmuş insanlarda hələ də müşahidə olunan 4 əsas simptomu müəyyən ediblər.
1200 xəstəni müayinə edən elm adamlarının araşdırma çərçivəsində müəyyən etdiyi 4 əlamət yorğunluq, əzələ zəifliyi, yuxu problemi, ağrı, narahatlıq və ya depressiyadır.
Yorğunluq və ya əzələ zəifliyi yüzdə 31 faiz göstərici ilə ən çox aşkarlanan əlamət ikən, yatmaqda çətinlik çəkdiyini ifadə edənlərin nisbəti yüzdə 14-dür.
Araşdırma qrupunun suallarını cavablandıran 100 nəfərdən 12-si narahatlıq və ya depressiyadan əziyyət çəkdiyini bildirib.
Sözügedən simptomların bəzi insanlarda 2 ildən sonra da görünməyə davam etdiyi müəyyən edilib. Digər tərəfdən, tədqiqatçıların son araşdırmasına görə, dünyada milyonlarla insanda uzunmüddətli COVID-19 simptomları var.
Uzunmüddətli COVID-19 diaqnozu infeksiyasının təsiri dörd həftədən çox davam etdikdə qoyulur.
Yaşlı insanların və tibbi vəziyyəti ağır olan insanların uzunmüddətli xəstəlikdən əziyyət çəkmə ehtimalı yüksəkdir. Belə insanlar həftələr və hətta aylar ərzində özlərini pis hiss etdiklərini bildirirlər.