Modern.az

Türkiyə İranı toza bürüyüb? - Ankaradan CAVAB GƏLDİ

Türkiyə İranı toza bürüyüb? - Ankaradan CAVAB GƏLDİ

Aktual

12 May 2022, 15:22

Türkiyə Xarici İşlər Nazirliyi qum və toz fırtınalarının yaratdığı ekoloji problemlər, eləcə də Tehranda havanın çirkliliyə görə İranın iddialarına cavab verib.

 

Modern.az  xəbər verir ki, Türkiyə XİN sözçüsü Tanju Bilgiç bu iddiaların yalan olduğunu bildirib.

 

“Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu, bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum, toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır”, - nazirlik rəsmisi deyib.

 

Qeyd edək ki, İran tərəfi ölkədə toz fırtınasının yüksəlməsinin səbəblərindən biri kimi Ankaranın inşa etdiyi bəndləri göstərib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı