Modern.az

Bələdiyyə sədri 3 min manat CƏRİMƏLƏNDİ

Bələdiyyə sədri 3 min manat CƏRİMƏLƏNDİ

Aktual

12 May 2022, 16:57

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Bu barədə Modern.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

 

O bildirib ki, faktla bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub:

 

"Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı