Modern.az

DGK xətti ilə büdcə daxilolmaları 25%-dək artıb

DGK xətti ilə büdcə daxilolmaları 25%-dək artıb

Aktual

12 May 2022, 18:00

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 641 440,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9% çoxdur.

 

Modern.az-a DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% artaraq 410 281,8 min manat təşkil edib.

 

ƏDV üzrə daxilolmalar isə 32,1% artaraq 1 174 523,6 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk dörd ayında daxilolmalar 22,1% azalaraq 39 858,1 min manat təşkil edib.

 

Yol vergisi üzrə daxilolmaların həcmi 16 776,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 20,8% çoxdur.

 

Bu ilin aprel ayında Komitənin xətti ilə dövlət büdcəsinə 409 499,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 10,4% çox, bu ilin mart ayı ilə müqayisədə isə 0,4% azdır.
Bu ilin aprel ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,9% artaraq 107 745,2 min manat olub. Bu ilin mart ayı ilə müqayisədə isə bu göstərici 0,8% artıb.

 

Həmçinin, cari ilin aprel ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 13,7% artaraq 286 444,3 min manat (bu ilin mart ayı ilə müqayisədə 1% az), aksizlər üzrə 31% azalaraq 10 667,9 min manat (mart ilə müqayisədə 5,2% az), yol vergisi üzrə daxilolmalar isə 26,9% artaraq 4642,0 min manat (mart ilə müqayisədə 23,8% çox) təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı