Modern.az

“Cəbrayıl” finala yüksəldi

“Cəbrayıl” finala yüksəldi

Aktual

15 May 2022, 13:19

“ASK Arena”da futbol üzrə AFFA Region Liqasının ilk yarımfinal oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda oyunda “Cəbrayıl” və “Qusar” komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

 

Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə ilk hissədə daha bir dəfə fərqlənən “Cəbrayıl” komandası yekunda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, mayın 15-də saat 16:00-da “ASK Arena”da digər yarımfinal oyununda “Xan Lənkəran” və “Araz” (Naxçıvan) komandaları qarşılaşacaqlar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı