Modern.az

Generalın korteji partladıldı

Generalın korteji partladıldı

Aktual

15 May 2022, 16:25

Yəmənin hökumət qüvvələrinin komandanlarından birinin korteji ölkənin müvəqqəti paytaxtı Ədən şəhərində hücuma məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

 

Belə ki, kamikadze avtomobil karvanının keçdiyi yolda minalanmış maşını partladıb. Kortejdəki nəqliyyat vasitələrinin birində 4-cü hərbi dairənin birgə əməliyyatlarının komandanı general Saleh Əli Həsən olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!