Modern.az

Ötən günün HADİSƏLƏRİ - Ölən var

Ötən günün HADİSƏLƏRİ - Ölən var

Aktual

17 May 2022, 09:58

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 86 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı