Modern.az

Zelenski Şoltsla danışdı - Ukrayna yardım gözləyir

Zelenski Şoltsla danışdı - Ukrayna yardım gözləyir

Aktual

17 May 2022, 14:12

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski “Twitter“ hesabında paylaşım edib. 

 

"Biz Almaniyanın dəstəyini, o cümlədən müdafiəni yüksək qiymətləndiririk. Ukraynanın Aİ-yə tam üzvlük yolunda Almaniyanın gələcək yardımını gözləyirik", - Zelenski qeyd edib.

 

Telefon söhbəti zamanı Ukrayna və Almaniya liderləri cəbhədəki vəziyyəti, Rusiyaya təzyiqlərin davam etməsini, sanksiyaların sərtləşdirilməsini və sülh perspektivlərini müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi