Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk üç ayı ərzində 14606 nikah və 3618 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,9-a qədər artıb.
Rəsmi məlumata görə, hesabat dövründə boşanmaların sayı dəyişməyərək eyni səviyyədə qalıb.