Modern.az

Daha 4 karateçimiz mübarizəyə başlayır

Daha 4 karateçimiz mübarizəyə başlayır

Aktual

26 May 2022, 11:46

Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycanın daha 4 karateçisi bu gün fərdi yarışlarda mübarizəyə start verəcək. Əminağa Quliyev (60 kq) 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə, Tural Ağalarzadə (67 kq) 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.

 

Qadınların yarışında İnci Əzizova (50 kq) 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, Mədinə Sadiqova (55 kq) isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı