Modern.az

Ukrayna ordusu intensiv əks-hücuma HAZIRLAŞIR

Ukrayna ordusu intensiv əks-hücuma HAZIRLAŞIR

Aktual

4 İyun 2022, 11:58

Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda intensiv əks-hücuma başlayacaq.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

 

"Yaxın vaxtlarda kifayət qədər silah alacağıq. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün ayrıca əks-hücumlarımız var. Ehtiyacımız olan hər şeyi əldə edən kimi gücləndiriləcək. Silahlı qüvvələr, nəhayət, Rusiya Federasiyasına “ikinci ordunun” planetin başqa coğrafi nöqtəsində yerləşdiyini sübut edə biləcək”, - Ukrayna rəsmisi bildirib.

 

Podolyakın sözlərinə görə, Ukrayna tərəfdaşlarından yeni silahlar almağa başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı