Modern.az

Milli Müdafiə Universitetinin rektor vəzifəsi bu generala həvalə olundu

Milli Müdafiə Universitetinin rektor vəzifəsi bu generala həvalə olundu

Aktual

4 İyun 2022, 15:30

Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Heydər Kamal oğlu Piriyev Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edir.

 

Modern.az-ın məlumatına görə, yeni yaradılan Universitetin rektor vəzifəsinin icrası professor, general-leytenant Heydər Piriyevə həvalə olunub.

 

Qeyd edək ki, Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları bu gün Milli Müdafiə Universitetində təltif olunublar.

 

Kursantlarla görüşərək onları təbrik edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev onlara gələcək xidmətlərində uğurlar arzulayıb, nailiyyətlərini davam etdirmələri istiqamətində öz tövsiyələrini verib və komandanın bütün üzvlərini mükafatlandırıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada