Modern.az

Dünyaca məşhur professor Bakı Sağlamlıq Mərkəzində

Dünyaca məşhur professor Bakı Sağlamlıq Mərkəzində

Aktual

4 İyun 2022, 16:26

Rusiyanın dünyaca məşhur aparıcısı, professor Yelena Malışevanın Azərbaycana səfəri çərçivəsində səhiyyə sahəsində görülmuş işlərlə bağlı ölkəmizin səhiyyə müəssisələrində görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzində də bu qəbildən olan görüş baş tutub.

 

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər barədə universitetin rektoru professor Əziz Əliyev tərəfindən Yelena Malışevaya ətraflı məlumat verilmiş və universitetdə yaradılmış şəraitlə tanış edilib.

 

Daha sonra Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin arialı və aparılan cərrahi əməliyyatlar barəsində Mərkəzimizin icraçı direktoru Dos. Dr. Asiman Həsənov tərəfindən professora ətraflı məlumat verilib və Mərkəzimizin xidmət göstərən şöbələrinə baxış keçirilib.

 

Professor Yelena Malışeva Azərbaycana ilk səfəri olduğunu, bu günə qədər Azərbaycanda səhiyyə sahəsində görülən işlərdən xəbərdar olmadığını və qarşılaşdığı mənzərə qarşısında heyrətini gizlətməyib.

 

Görüş zamanı xatirə şəkili çəkilib. Qonaq Azərbaycanda səhiyyə sahəsində görülən işləri təqdirə layiq qiymətləndirmiş və təəsüratlarını sosial mediada bölüşəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı