Modern.az

Vatikan Ukrayna üçün xüsusi gümüş sikkə buraxdı

Vatikan Ukrayna üçün xüsusi gümüş sikkə buraxdı

Aktual

5 İyun 2022, 09:07

Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş özünün “Facebook” səhifəsində məlumat yayıb.

 

“Bu, sadəcə olaraq, simvol deyil, Ukraynaya dəstək üçün əsl jestdir: Rusiyanın Ukraynaya təcavüzünün 100-cü günündə Vatikanın Filateliya və Numizmatika İdarəsi Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə (23 qram) buraxıb”, - deyə səfir qeyd edib.

 

Yuraş əlavə edib ki, hər biri 50 avro dəyərində olan sikkənin satışından əldə edilən gəlir Ukraynaya kömək üçün istifadə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı